İlham Əliyev: Bizə dost, qonşu olan Rusiya və Türkiyə Azərbaycana xoş münasibət bəsləyir
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Cəbrayıl rayonunun inkişafı ilə bağlı çox önəmli gündür. Çünki bu gün artıq bir neçə obyektin təməli qoyuldu. Bu obyektlərin inşası zamanı və inşaatından sonra fəaliyyəti zamanı bir çox sosial-iqtisadi məsələlər, ilk növbədə, təhlükəsizliklə bağlı tədbirlər öz həllini tapacaq.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.
Dövlətimizin başçısı qeyd edib ki, bu gün Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışı oldu. Araz vadisi iqtisadi zonasının təməli qoyuldu, artıq ilkin maliyyə vəsaiti ayrıldı, ilkin investorlar da müəyyən olundu. Artıq Rusiya şirkəti də bu bölgəyə investisiya qoymağa başlayıb. Həmçinin Türkiyə şirkətləri də Zəngilan rayonunda böyük kənd təsərrüfatı layihəsinə investisiya qoymağa başlayıblar. Bizə dost, qonşu olan iki ölkə Azərbaycana bu cür münasibət bəsləyir, Azərbaycan da onlara eyni xoş münasibət bəsləyir.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan səfərindən görüntülər - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngil...