İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - FOTO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemi qəbul edib.
BAKU.WS xəbər verir ki, görüşdə Azərbaycan ilə Beynəlxalq Avtomobil Federasiyası arasında uzun illər mövcud olan uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edildi.
Azərbaycanda “Formula-1” yarışlarının yüksək səviyyədə təşkil edilməsinin əhəmiyyəti qeyd olundu. Vurğulandı ki, ölkəmizin uzun illər dünya səviyyəli çox önəmli tədbirlərə, o cümlədən idman yarışlarına ev sahibliyi etməsi beynəlxalq əməkdaşlığa mühüm töhfə verir.
Söhbət zamanı Azərbaycan ilə Beynəlxalq Avtomobil Federasiyası arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.
***16:14
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemi qəbul edib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Qalereya
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...