İlham Əliyev: "Azərbaycan öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına daim xüsusi önəm verir"
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Respublikası öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına və maddi-texniki bazasının gücləndirilməsinə daim xüsusi önəm verir".
BAKU.WS xəbər verir ki, bu, Prezident İlham Əliyevin Dördüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin iştirakçılarına müraciətində öz əksini tapıb.
"Ölkəmiz hərbi-texniki sahədə dünyanın qabaqcıl dövlətləri ilə əməkdaşlığını inkişaf etdirməklə yanaşı, milli müdafiə sənayesi sahəsində də imkanlarını genişləndirir. Hazırda Azərbaycan aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın 50-dən çox ölkəsinin aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir, ölkəmizin müdafiə sənayesi müəssisələrində istehsal olunan məmulatların həcmi ildən-ilə artır".
Oxşar xəbərlər
İlham Əliyev “ADEX-2022”nin iştirakçılarına və qonaqlarına müraciət edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dördüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin iştirakçılarına müraciət edib. BAKU.WS xəbər verir ki, müra...