İlham Əliyev: "Azərbaycan Çin ilə Avropa arasında nəqliyyat prosesində mühüm rol oynayır"
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Çin ilə Avropa arasında nəqliyyat prosesində mühüm rol oynayır".
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səmərqənddə Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündə deyib.
Azərbaycan Prezidenti “Orta dəhliz”, “Bir kəmər, bir yol” layihələri çərçivəsində də əməkdaşlıq və tərəfdaşlıq üçün böyük perspektivlərin olduğunu vurğulayıb.
Dövlətimizin başçısı bildirib ki, Azərbaycan Çin ilə Avropa arasında nəqliyyat prosesində mühüm rol oynayır və ölkəmizin nəqliyyat-logistika imkanları beynəlxalq yük daşımalarında böyük əhəmiyyətə malikdir.
Azərbaycan Çindən Avropaya və əks-istiqamətdə qatarlarla və digər yükdaşımaların artırılmasını tam şəkildə dəstəkləyir.
Oxşar xəbərlər
İlham Əliyev Səmərqənddə Çin lideri ilə görüşüb - FOTO - YENİLƏNİB
Sentyabrın 15-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü olub. BAKU.WS xəbər verir...