İlham Əliyev: Azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin iştirakına şad olardıq
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan azad olunan ərazilərdə Belarusun şirkətlərini görmək istəyir.
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenko ilə geniştərkibli görüş zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, qarşılıqlı fəaliyyətin perspektivlərinə baxdıqda böyük potensialı, əmtəə dövriyyəsinin artmasını və sənaye kooperasiyasının, kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsini görmək olar:
“Əlbəttə ki, biz azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin, müəssisələrinin iştirakına şad olardıq. Nümayəndə heyətlərinin üzvləri bu məsələni də müzakirə ediblər”.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...