Leyla Əliyevanın təşəbbüsü ilə "Explore Azerbaijan with IDEA" layihəsi fəaliyyətə başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Explore Azerbaijan with IDEA" layihəsi fəaliyyətə başlayıb.
İctimai Birlikdən BAKU.WS-ə verilən məlumata görə, layihənin əsas məqsədi Azərbaycanın canlı aləminin təkrarolunmaz gözəlliklərini yerli və beynəlxalq auditoriyaya tanıtmaq, eyni zamanda, ölkəmizin təbiətinin özünəməxsus zənginliyini əks etdirən multimedia bazasını yaratmaqdan ibarətdir. Sosial media istifadəçiləri fotovideoqraf Saleh Baxşiyevin peşəkar obyektivi ilə Azərbaycanın flora və faunasının incəliklərini kəşf edərək ölkəmizin füsunkar təbiətinə daha yaxın ola biləcəklər.
"Explore Azerbaijan with IDEA" təkcə maarifləndirici layihə deyil, eyni zamanda, təbiətimizin qorunması və gələcək nəsillərə ötürülməsi üçün bir çağırışdır.
Layihənin rəsmi sosial media səhifələrini aşağıdakı linklər vasitəsilə davamlı izləmək olar:
YouTube: https://www.youtube.com/@exploreAzerbaijanwithIDEA
Instagram: https://www.instagram.com/explore.aze
Facebook: https://www.facebook.com/explore.aze
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...