Leyla Əliyevanın göstərişi ilə azərbaycanlı tələbələrin Rusiyadan qayıtmasına yardım göstərilib
Yeniliklərdən dərhal xəbərdar olun
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın göstərişi ilə Rusiyada təhsil alan Azərbaycan vətəndaşlarının vətənə qayıtmasına yardım göstərilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, koronavirusun yayılması riskinin artması ilə əlaqədar Rusiya ali məktəblərinin yataqxanalarından çıxarılan azərbaycanlı tələbələr AMOR təşkilatına yardım üçün müraciət ediblər.
Təşkilatın sədri Leyla Əliyevanın tapşırığı ilə həmin tələbələrə dəstək göstərilərək onların vətənə qayıtması xərcləri qarşılanıb.
Oxşar xəbərlər
Mehriban Əliyeva Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılışında - FOTO
Noyabrın 23-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunun əsaslı bərpa və təmirdən sonra açılış mərasimi olub. BAKU.WS xəbə...