Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində olublar
Yeniliklərdən dərhal xəbərdar olun
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə 4 nömrəli uşaq evində olublar.
BAKU.WS xəbər verir ki, ziyarət zamanı uşaq evinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, 4 nömrəli uşaq evi valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşaqlara xidmət göstərir. Hazırda uşaq evinin 64 sakini var. Onlara sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, sosial-pedaqoji və sosial-hüquqi xidmətlər göstərilir.
Qeyd olunub ki, müəssisə 2012-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə təmir olunub. Fond uşaq evinin sakinlərini daim diqqətdə saxlayır, burada mütəmadi olaraq şənliklər, əyləncəli tədbirlər təşkil edilir.
Qalereya
Oxşar xəbərlər
Nazir: Azərbaycandan Ukrayna vasitəsilə Avropaya gedəcək logistika yollarını hazırlamaq lazımdır
Qara dəniz və Xəzər dənizi arasında etibarlı əlaqələr ticarət və enerji resurslarının hərəkəti üçün yeni imkanlar açır. BAKU.WS "Report"a istinadən xəbər verir...