Leyla Əliyeva və Alena Əliyeva Gəncədə qadın sahibkarın sağlam qida brendi ilə tanış olublar
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə fəaliyyət göstərən qadın sahibkar Fidan Zari tərəfindən yaradılmış "Zarif Natural" brendi ilə tanış olublar.
BAKU.WS xəbər verir ki, onlar sahibkarla səmimi söhbət edib, ideyanın formalaşması, brendin yaranma hekayəsi və məhsulların hazırlanma prosesi ilə maraqlanıblar. Daha sonra müəssisədə soyuq sıxım üsulu ilə müxtəlif yağlar və digər məhsullar birgə hazırlanıb. Leyla Əliyeva və Alena Əliyeva qadın sahibkara fəaliyyətində uğurlar arzulayıb, onun təşəbbüskarlığını və zəhmətkeşliyini yüksək qiymətləndirib, xatirə şəkilləri çəkdiriblər.
Qeyd edək ki, "Zarif Natural" brendi sağlam və balanslı qidalanma prinsiplərinə əsaslanaraq soyuq sıxım yağların, qatqısız çərəz əzmələrinin və qlütensiz unların istehsalı və istehlakçılara təqdim olunması istiqamətində fəaliyyət göstərir.
Qalereya
Oxşar xəbərlər
Paşinyan Putinlə CQDY-nin konsessiyasını müzakirə etmək niyyətindədir
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə qarşıdan gələn görüşü zamanı "Cənubi Qafqaz Dəmir Yolu"nun (CQDY) konsessiyası məsələs...