Leyla Abdullayeva: “Paşinyan vəzifədən getsə belə razılaşma dəyişməyəcək”
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistanın Baş naziri Nikol Paşinyan vəzifədən getsə belə razılaşma dəyişməyəcək. Razılaşmaya görə, çıxarılma 20 gün içində tamamlanacaq”.
BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva Türkiyənin Demirören Xəbər Agentliyinə (DHA) açıqlamasında bildirib.
Nazirlik rəsmisi Qarabağ qələbəsindən sonrakı proses barədə danışıb: “Razılaşmanın həyata keçirilməsi ilə bağlı nəzarət mərkəzi yaradılacaq.
Razılaşmada hansısa bir ölkənin adı keçmir. Bu, suallar yarada bilər. Ancaq bölgədə nəzarəti Rusiya ilə birlikdə Türkiyə də edəcək. Türkiyənin də atəşkəsə nəzarət müşahidə mərkəzində olacağı dəqiqdir”.
Oxşar xəbərlər
İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibə verib - YENİLƏNİB - VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib. Oktyabrın...