Leyla Abdullayeva: “Pandemiya dövründə heç bir diplomat Azərbaycana geri qayıtmayıb”

Leyla Abdullayeva: “Pandemiya dövründə heç bir diplomat Azərbaycana geri qayıtmayıb”
Siyasət 172

“Azərbaycanın diplomatik korpusu fəaliyyətini davam etdirir”.

BAKU.WS Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bu gün keçirilən mətbuat konfransında bildirib.

O deyib ki, digər ölkələrdə Azərbaycan diplomatları fəaliyyətdə olduqları ölkələrdəki Azərbaycan vətəndaşlarına müvafiq yardımlar göstərir:

“Bu günə qədər heç bir diplomat və onların ailə üzvləri Azərbaycana qayıtmayıb”.

O, həmçinin qeyd edib ki, həm azərbaycanlı diplomatlar, həm də Azərbaycanda olan əcnəbi diplomatlar arasında koronavirusa yoluxma faktı qeydə alınmayıb.

Son xəbərlər