Lənkəranda 50 milyon manata kanalizasiya sistemi qurulacaq
Yeniliklərdən dərhal xəbərdar olun
"Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması" layihəsi çərçivəsində kanalizasiya sisteminin yaradılması üzrə işlərə başlanılıb.
BAKU.WS bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinə istinadən xəbər verir.
Məlumata görə, layihəyə uyğun olaraq asfalt qatının kəsilməsi və tullantı poliqonuna kənarlaşdırılması, o cümlədən, istənilən növ qruntun qazılması , yararsız qruntların tullantı poliqonuna kənarlaşdırılması, kommunikasiya xətlərinin keçilməsi və bərpası, o cümlədən mühafizə şitlərinin quraşdırılması, eləcə də mikrotunel xəttinin tikilməsi nəzərdə tutulur. Bu işlərə 50 milyon manat xərclənməsi planlaşdırılır.//Report.az
Oxşar xəbərlər
"Bu dairədən getməlisən": Xoşqədəm Hidayətqızı Ramiz Mehdiyevlə bağlı illər sonra danışdı
Tanınmış jurnalist və televiziya aparıcısı Xoşqədəm Hidayətqızı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə uzun illər davam etdiyini iddia etd...