Lemkinlər Vardanyana qarşı: Tamaşa başa çatdı

Lemkinlər Vardanyana qarşı: Tamaşa başa çatdı
Video
Siyasət 48

Məşhur yəhudiəsilli polyak hüquqşünası Rafael Lemkinin adı ermənilər tərəfində öz yalanları üçün istifadə olunub.

BAKU.WS xəbər verir ki, bu barədə "Caliber" layihəsinin "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilir.

Qeyd olunur ki, Lemkin "soyqırımı" termininin banisi hesab olunur. "Lemkinin Soyqırımının Qarşısının Alınması İnstitutu" (orijinalda - The Lemkin Institute for Genocide Prevention) adlı şarlatan qurum isə 2021-ci ildə təsis edilib. Fəaliyyətinin ilk günlərindən etibarən bu QHT Azərbaycana qarşı böhtanlar yağdırıb. Çox tezliklə məlum olub ki, bu qondarma qurum erməniəsilli rusiyalı oliqarx Ruben Vardanyan tərəfindən yaradılıb və maliyyələşdirilib.

Ötən həftə Rafael Lemkinin ailəsinin yuxarıda adı çəkilən Vardanyan dəstəsinə qarşı etirazı barədə məlumat yayılıb. Məlumata görə, ailə vəkilin adından istifadəni dayandırmağı tələb edib. Lemkin ailəsinin vəkilləri Pensilvaniya ştatının qubernatoru Coşua Şapiroya müvafiq tələblə müraciət edərək bildiriblər ki, Lemkinin adını özünə mənimsəyən institut həm ştat qanunlarını, həm də federal qanunvericiliyi pozur.

Daha ətraflı "Caliber"in yeni süjetində:

Son xəbərlər