Lavrov: “Üçtərəfli bəyanat bütün qərarların icrası üçün əsas olaraq qalır”
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya Qarabağ ətrafında vəziyyətin nizamlanmasına diqqət ayıracaq”.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla ikitərəfli görüşdə deyib.
“Şübhə etmirik ki, üçtərəfli bəyanat vəziyyətin sabitləşməsinin təmin edilməsi naminə qəbul edilən bütün qərarların icrası üçün əsas olaraq qalır”, - Rusiya XİN rəhbəri bildirib.
Nazir qeyd edib ki, Rusiya nəqliyyat kommunikasiyalarının açılmasına, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına və sülh sazişinin parametrlərinin razılaşdırılmasına hər cür kömək göstərməyə hazırdır.
Oxşar xəbərlər
Rusiya XİN başçısı: “Fransızlar və amerikalılar ATƏT-in Minsk qrupunu dəfn etdilər”
“Qərb Rusiyanın iştirakı ilə Ermənistan və Azərbaycan tərəfləri arasında əldə edilmiş razılaşmaları özününküləşdirməyə çalışır”. BAKU.WS oxu.az-a istinadən xəbə...