Lavrov nüvə silahından danışarkən: "Fransızlar xoruzlanmağı sevirlər" - VİDEO

Lavrov nüvə silahından danışarkən: Fransızlar xoruzlanmağı sevirlər - VİDEO
Video
Siyasət 305

"Fransalı həmkarım Jan İv Lö Drianın söylədiklərinə baxmağı unutmayın. Fransızların simvolu var - xoruzdur. Onlar xoruzlanmağı sevirlər".

BAKU.WS xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov müsahibəsində söyləyib.

Lavrov fransız həmkarının Prezident Vladimir Putinlə bağlı sözlərinə belə cavab verib: "O deyib ki, Putin bilməlidir ki, Fransanın da nüvə silahı var. Bütün bunları biz demirik, onlar deyir. Heç kəs Rusiyanı təxribatlarla tarazlıqdan çıxara bilməz. Lakin bizə qarşı real müharibə başlansa, deməli, bu barədə həmin planları ortaya atanlar düşünməlidir”.

Son xəbərlər