Latviyada Rusiya kanallarına baxanlar 700 avro cəzalandırılacaq
Latviya parlamenti qadağan olunan Rusiya kanallarına baxmağa görə cəzanı təsdiqləyib.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, belə pozuntuya görə sakinlər xəbərdarlıq ala, yaxud da 700 avroya (1,3 min manat) qədər cərimələnə bilərlər.
Bu barədə Seymin İnsan Hüquqları və İctimai Əlaqələr Komissiyasının rəhbəri Artus Kaymıniş bəyan edib.
O, Rusiyanın Ukraynaya genişmiqyaslı əməliyyatlarından sonra Latviyanın informasiya məkanını gücləndirmək üçün belə bir addım atıldığını bildirib.
“Təcrübə göstərir ki, insanlar qeyri-qanuni dekoderlərdən və peyk antenalarından istifadə edirlər, beləliklə də hələ də dezinformasiya və Kreml təbliğatı olan telekanallara çıxış imkanına malikdirlər”, - deyə Kaymins əlavə edib.
Qeyd edək ki, Latviyada Rusiya və Belarus telekanallarının yayımı qadağan edilib.
Oxşar xəbərlər
Daha iki ölkə Rusiya təyyarələri üçün hava məkanını bağlayır
Latviya rəsmi olaraq hava məkanını Rusiya təyyarələri üçün bağlayır. BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə “TASS”a Rusiya aviaşirkətlərindən bir...