Latviyada “Dojd” telekanalının lisenziyası ləğv edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Latviyanın Elektron Media üzrə Milli Şurası (NSESMI) “Dojd” telekanalının yayım lisenziyasını ləğv etmək barədə qərar qəbul edib.
BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, qərar “milli təhlükəsizlik və ictimai asayişin maraqları naminə” verilib.
“Pozuntuların məcmusunu qiymətləndirən NSESMİ əmindir ki, “Dojd” rəhbərliyi pozuntuların əhəmiyyətini və ciddiliyini anlamır, bilmir, buna görə də Latviya ərazisində fəaliyyət göstərə bilməz”, - deyə şuranın rəhbəri İvars Abolinş bildirib.
Kanalın ölkə ərazisində yayımının dekabrın 8-nə keçən gecə dayandırılması planlaşdırılıb.
Oxşar xəbərlər
ABŞ İnstitutu: “İrandakı etirazlar rejim daxilində fikir ayrılığına səbəb olur” - FOTO
“Rejimə qarşı davam edən etirazların İranın təhlükəsizlik güclərində yüksəkvəzifəli rejim məmurları arasında fikir ayrılığına səbəb olacağı ehtimal edilir”. BAK...