Laçında yaşayan erməni: “Azərbaycanlılarla birlikdə yaşamaq daha yaxşı olacaq” - VİDEO

Laçında yaşayan erməni: “Azərbaycanlılarla birlikdə yaşamaq daha yaxşı olacaq” - VİDEO
Video
Siyasət 1618

Xəbər verdiyimiz ki, 6 həftə davam edən döyüş əməliyyatlarından sonra 10 noyabr 2020-ci ildə Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş əraziləri üzərində nəzarəti bərpa edib.

Dekabrın 1-dək hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli razılığa əsasən, qalan ərazilərdə geri qaytarılacaq.

Azərbaycan isə dəfələrlə rəsmi səviyyədə qeyd edib ki, ölkəmiz işğal altındakı ərazilərdə ermənilərin yaşaması üçün heç bir maneə yaratmayacaqdır.

BAKU.WS xəbər verir ki, işğal olunmuş ərazilərdə məskunlaşan, azərbaycanlılarla yaşamaq istəməyən bir çox erməni torpaqlarımızı tərk edir. Lakin onlar arasında azərbaycanlılarla birgə yaşamaq istəyən ermənilər də var.

“Sputnik Armenia” Azərbaycanın Laçın rayonunda yaşayan yaşlı bir erməni ilə söhbətin görüntülərini yayıb. Söhbət əsnasında o bildirib ki, hətta rus sülhməramlıları getdikdən sonra belə, azərbaycanlılarla yaşamaqdan qorxmur. O qeyd edib ki, azərbaycanlılarla birlikdə yaşamaq daha da yaxşı olacaq.

Son xəbərlər