Laçında kiçik su elektrik stansiyası istifadəyə verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Laçın rayonunda "Güləbird" kiçik su elektrik stansiyası istifadəyə verilib.
BAKU.WS xəbər verir ki, bunu Trend-ə Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Ammayev deyib.
Onun sözlərinə görə, stansiyadakı təmir-bərpa işləri başa çatıb:
"Erməni işğalçıları Kəlbəcər, Laçın və digər rayonlarda kiçik su elektrik stansiyalarını dağıdıb. Elektrik enerjisinə tələbdən asılı olaraq bu stansiyalar bərpa olunacaq və beynəlxalq ekoloji normalara uyğun olaraq istifadəyə veriləcək".
T.Ammayev əlavə edib ki, Tərtər rayonunun azad edilmiş Suqovuşan kəndində yerləşən "Suqovuşan-1" və "Suqovuşan-2" su elektrik stansiyaları da yaxın zamanlarda bərpa olunacaq və istifadəyə veriləcək.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...