Laçında dünyasını dəyişən hərbçimiz dəfn olundu - YENİLƏNİB/ FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili ilə qəzaya düşərək dünyasını dəyişən hərbi qulluqçumuz baş leytenant Nəsibov Elməddin Süleyman oğlu son mənizlə yola salınıb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hərbçimiz dəfn olunub.
***
20:01
İyun ayının 16-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili ilə qəzaya düşərək dünyasını dəyişən hərbi qulluqçumuz baş leytenant Nəsibov Elməddin Süleyman oğlu ilə vida mərasimi keçirilir.
Vida mərasimi şəhidimizin dünyaya göz açdığı Tovuz rayonunda keçirilir. Mərasimdə şəhidimizin döyüş yoldaşları, Dövlət Sərhəd Xidmətinin rəsmiləri, rayon ictimayəti iştirak edir.
Məlumat üçün bildirək ki, 32-yaşlı Nəsibov Elməddin Süleyman oğlu 3-cü dərəcəli Vətən uğrunda, Qubadlı və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunub.
Şəhidimiz ailəli idi.
Qalereya
Oxşar xəbərlər
DSX-nin həlak olan hərbçilərinə şəhid statusu veriləcək
İyun ayının 16-da saat 16:40 radələrində xidməti vəzifələrini yerinə yetirərkən həlak olan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları - baş leytenant Nəs...