Laçın-Xankəndi yolunda ekofəalların quraşdırdığı çadırlar və plakatlar sökülür - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanlı ekofəalların ölkəmizin Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Şuşadan keçən Laçın-Xankəndi yolunda etiraz aksiyasını keçirdikləri ərazidə söküntü işlərinə başlanılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, artıq ötən gün dayandırılmış aksiyanın keçirildiyi ərazidə quraşdırılmış çadırların və plakatların sökülərək ərazidən daşınması həyata keçirilir.
Qeyd edək ki, ekofəalların Laçın-Xankəndi yolunda 138 gün davam edən aksiyası ötən gün saat 18:00-dan etibarən müvəqqəti olaraq dayandırılıb.
Hazırda Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər Laçın-Xankəndi yoluna nəzarəti davam etdirirlər.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi.
Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyasının keçirilməsinə başlanılmışdı.
Qalereya
Oxşar xəbərlər
Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobil karvanı maneəsiz keçib - YENİLƏNİB - FOTO
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobil karvanının hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. "Report"un aksi...