“Laçın” SBM-dən erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilib - YENİLƏNİB + FOTO

Bu gün Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində (SBM) erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu gün məntəqədən növbəti dəfə 80-ə qədər şəxs Ermənistan istiqamətində sərbəst şəkildə keçid edib.
Keçid edənlər arasında erməniəsilli şəxslərlə yanaşı, Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlar da var.
Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub.
***10:23
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu gün məntəqədən Xankəndi-Gorus istiqamətində BQXK-yə məxsus ümumilikdə 7 nəqliyyat vasitəsi keçid edib.
Həmin nəqliyyat vasitələrinin içərisində BQXK-nin üzvləri, sürücülər, müşayiətçilər, tibb işçisi və xəstələrdən ibarət ümumilikdə 15 şəxs olub. Onlardan 8 nəfərinin xəstə olduğu bildirilir. Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.
Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.
Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Ermənistan Qızıl Xaç Cəmiyyətinə cavab verib
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (Azərbaycan QAC) Ermənistan Qızıl Xaç Cəmiyyətinə (Ermənistan QXC) cavab verib. Bu barədə BAKU.WS-ə Azərbaycan QAC-dan məlumat...
