Laçın sakini 30 ildən sonra xarabalıqlar arasından əl işini tapıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Laçın rayonunun Güləbird kənd sakini, tikinti mütəxəssisi Vüqar İmranov 30 ildən sonra öz doğma kəndinə gedib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, o, 1980-ci illərin sonlarında Güləbirddə Sarı Aşığın məzarı üzərində abidəsinin ucaldılmasında iştirak edib.
Belə ki, həmin vaxt orta məktəbdə oxuyan V.İmranovun memarlığa marağını görən heykəltəraş ona daş üzərində Sarı Aşığın kiçik portretini işləməsini tapşırıb. V.İmranov bunun öhdəsindən gəlib və onun əl işi də həmin məqbərəyə əlavə olunub.
Otuz ildən sonra işğaldan azad olunan Güləbird kəndinə ayaq basan V.İmranov dağıdılmış məqbərənin daşları arasından adını (ВУГАР) üzərinə həkk elədiyi öz əl işini tapıb.
Qalereya
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...