KİV: Rusiya müdafiə nazirinin müavini Tatyana Şevtsova istefa verib

KİV: Rusiya müdafiə nazirinin müavini Tatyana Şevtsova istefa verib
Siyasət 178

Rusiya müdafiə nazirinin müavini Tatyana Şevtsova istefa ərizəsi yazıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Win/Win" teleqram kanalı məlumat yayıb.

Hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.

Qeyd edək ki, Tatyana Şevtsova 1991-ci ildən dövlət qulluğundadır. O, əmək fəaliyyətinə vergi müfəttişi kimi başlayıb, sonra Rusiya Federasiyası Federal Vergi Xidməti rəhbərinin müavini vəzifəsinə qədər yüksəlib. 2010-cu ilin mayında müdafiə nazirinin müşaviri, həmin il avqustun 4-də isə nazir müavini vəzifəsinə təyin edilib.

Son xəbərlər