KİV: “Rusiya hərbi təyyarəsi Gürcüstan üzərindən uçaraq İrəvanda enib”
18
mar
2022
17:27
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın hava məkanından Rusiyanın “IL-76” hərbi təyyarəsi keçib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə “Mtavari arxi” telekanalı məlumat yayıb.
Bildirilib ki, bir neçə saat öncə Moskvadan havaya qalxan təyyarə daha sonra Gürcüstan üzərindən keçib və İrəvan hava limanında eniş edib.
Telekanalın məlumatına əsasən, Gürcüstan hökumətinin Rusiya hərbi təyyarəsinin uçuşuna icazə verib-verməməsi məlum deyil.
Hava gəmisinin Ermənistana uçuş məqsədinin təfərrüatları da bilinmir.
Oxşar xəbərlər
Roman Abramoviçin şəxsi təyyarəsi İstanbula eniş edib - FOTO
İsrailin Tel-Əviv şəhərinin Ben Qurion Hava Limanından havaya qalxan rusiyalı milyarder Roman Abramoviçin şəxsi təyyarəsi təxminən 2 saatlıq uçuşdan sonra yerli...