KİV-də dövlət dili normalarının pozulmasına görə 1000 manatadək cərimələr müəyyənləşib
Yeniliklərdən dərhal xəbərdar olun
Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə cərimələr müəyyənləşib.
BAKU.WS-in məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiq edilən “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.
Oxşar xəbərlər
Prezident Cinayət Məcəlləsində dəyişiklikləri təsdiqlədi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. BAKU.WS xəbər verir ki, sənədə əsasən, Cin...