Kubanıçbek Ömüraliyev Xocalı faciəsi qurbanlarının xatirəsini anıb
25
fev
2026
16:02
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev Xocalı soyqırımının 34-cü ildönümünü ilə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb.
"1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş bu faciəvi cinayətin günahsız qurbanlarının xatirəsini dərin ehtiramla anırıq. Biz Azərbaycan hökuməti və xalqı ilə sarsılmaz həmrəyliyimizi ifadə edir, xalqın ağrı və kədərini bölüşdüyümüzü bildirir, davamlı birliyimizi bir daha təsdiqləyirik", - deyə Baş katib qeyd edib.
Oxşar xəbərlər
Alen Simonyan: "Azərbaycanla ticarəti daha da genişləndirməliyik"
"Görüş yaxşı keçdi. Təəccüblənə bilərsiniz, amma fikir ayrılığı yoxdur. Qarşılıqlı anlaşma var, dostluq münasibəti var, birgə əməkdaşlıq var, gələcək tərəfdaşlı...