Kraliça II Elizabetin dəfninə xərclənən məbləğ açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniya Kraliçası II Elizabetin təmtəraqlı dəfn mərasiminə xərclənən vəsaitin məbləği açıqlanıb.
BAKU.WS xəbər verir ki, mərasimə 161.7 milyon funt-sterlinq (təxminən 340 milyon 815 min 90 AZN) sərf edilib.
Bu barədə Britaniyanın Maliyyə Nazirliyinin birinci müavini Con Qlen məlumat yayıb.
11 günlük milli matəmdə və kraliçanın dəfni üçün Daxili İşlər Nazirliyi 73,68 milyon sterliq (təxminən 155 milyon 295 min 336 AZN), Mədəniyyət, Media, İdman Nazirliyi isə ümumlikdə 57,4 milyon sterliq (təxminən 120 milyon 981 min 980 AZN) xərcləyib.
Məlumat üçün bildirək ki, kraliça II Elizabet 2022-ci il sentyabrın 8-də 96 yaşında vəfat edib.
Oxşar xəbərlər
14 dövlətin kraliçası II Elizabet müharibədə də iştirak edibmiş... - Ülyahəzrət haqqında maraqlı faktlar
Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet 96 yaşında vəfat edib. BAKU.WS xəbər verir ki, Elizabet Aleksandra Mariya Vindzor Böyük...