Koşta: İlham Əliyevin sammitdə iştirakı Bakı və İrəvan arasında yeni atmosferi əks etdirir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin sammitində iştirakı Bakı və İrəvan arasındakı münasibətlərdə yeni atmosferin formalaşmasından xəbər verir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının (Aİ) prezidenti Antonio Koşta İrəvanda keçirilən Ermənistan-Aİ sammitinin yekunları üzrə Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə birgə bəyanatla çıxış edərkən bildirib.
Onun sözlərinə görə, sabit və firavan Cənubi Qafqaz Ermənistanın gələcəyi üçün əsas təməldir: "Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin dünənki sammitində iştirakı ölkələriniz arasındakı yeni atmosferin göstəricisidir".
A.Koştanın sözlərinə görə, Avropa İttifaqı dayanıqlı gələcək qurmaq üçün region ölkələri ilə əməkdaşlıq edərək Cənubi Qafqazda sülh və normallaşma proseslərini dəstəkləməyə davam edəcək.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...