KORONAVİRUSLA BAĞLI ŞAD XƏBƏR: Bir gündə 2500 xəstə sağalıb
05
mar
2020
09:00
Son 24 saat ərzində dünya üzrə koronavirusa yoluxanlardan 2587 nəfər sağalmağı bacarıb.
BAKU.WS xəbər verir ki, ümumilikdə COVID-19 virusundan sağalanların sayı 53 min 277 nəfər təşkil edir.
Son məlumata əsasən, dünya üzrə koronavirus epidemiyasına 95 min 415 nəfər yoluxub. Bu rəqəmin 80 min 409-u Çinin payına düşür.
Koronavirus 2902 nəfəri Çində olmaqla, ümumilikdə 3285 nəfərin həyatına son qoyub.
Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.
Oxşar xəbərlər
KORONAVİRUSLA BAĞLI ŞAD XƏBƏR: 50 min xəstə sağalıb
Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, koronavirus xəstəliyinə (COVID-19) yoluxmuş 93 min 158 nəfərdən 50 min 690 nəfər sağalıb. BAKU.WS xəbər verir...