Koronavirusa yoluxma halı Rusiyanın bütün regionlarında qeydə alındı
16
apr
2020
23:19
Koronavirusa yoluxma hadisəsi Rusiya Federasiyasının Altay Respublikasında da qeydə alındı. Bu, infeksiyanın olmadığı son region idi.
BAKU.WS-in məlumatına görə, Altay Respublikası hökumətinin məlumatında koronavirusa Onquday rayonunda bir qadının yoluxduğu bildirilib. Onun əlaqədə olduğu şəxslərin üzə çıxarılaraq müayinə edilməsi istiqamətində iş aparılır.
Altay Respublikasının əhalisi təqribən 218 min nəfərdir.
Oxşar xəbərlər
Qonşu ölkələrdə son vəziyyət: Azərbaycan aprelin 20-dən sonra karantini uzadacaq?
4 aydır bütün dünyada yayılan koronavirus pandemiyası səbəbindən milyardlarla insana sosial izolyasiya tədbirləri tətbiq olunub. BAKU.WS xəbər verir ki, bəzi öl...