Körfəz Əməkdaşlıq Şurasının Baş katibi: Bu ağır günlərdə Azərbaycan hökumətinin və xalqının yanındayıq
Yeniliklərdən dərhal xəbərdar olun
Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi təyyarə qəzası ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Başsağlığında deyilir:
"Aktau şəhəri yaxınlığında baş verən faciəvi təyyarə qəzası nəticəsində çox sayda insanın həlak olması və yaralanması barədə xəbəri dərin hüznlə qarşıladıq.
İcazə verin, bu faciəvi hadisə ilə əlaqədar Körfəz Əməkdaşlıq Şurası adından Azərbaycan hökumətinə və xalqına, o cümlədən həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verim.
Biz bu ağır günlərdə Azərbaycan hökumətinin və xalqının yanındayıq, yaralananların tezliklə sağalmalarını diləyirik. Azərbaycana davamlı sülh və əmin-amanlıq arzulayırıq".
Oxşar xəbərlər
Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə rəsmi "Instagram" hesabında paylaşım edib. BAKU.WS həmin paylaşımı təqdim e...