Konqoda dəhşətli qəza - 60 nəfər ölüb
12
mar
2022
19:19
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Konqo Demokratik Respublikasının Lualaba əyalətində qatar qəzası nəticəsində azı 60 nəfər həlak olub.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, qəza 10 vaqondan ibarət qatarın yüksəkliyə çıxması zamanı baş verib.
Maşinistin idarəetməni itirməsi nəticəsində vaqonlar relslərdən çıxaraq dərəyə yuvarlanıb.
Qeyd olunur ki, qəzaya uğrayan yük qatarı olub və sərnişin daşıması qadağan edilib.
Hazırda hadisə yerində axtarışlar davam edir. Ölü sayının artacağı istisna olunmur.
Oxşar xəbərlər
Türkiyədə dəhşət - Evdə ölü tapılan 21 yaşlı qıza 29 nəfər təcavüz edib - VİDEO
Türkiyənin Kocaeli bölgəsində rəfiqəsinin evində ölü tapılan gənc qız haqqında dəhşətli faktlar ortaya çıxıb. BAKU.WS “haberler.com”a istinadən xəbər verir ki,...