Köçkünlər üçün tikilmiş mənzillərin şəhid ailələrinə veriləcəyi vaxt açıqlandı - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
“Keçmiş köçkünlər üçün tikilmiş mənzillərin Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələrinə verilməsi üçün həmin mənzillərin Nazirliyin balansına verilməsi prosesi bitmək üzrədir”.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ötən il sosial sahədə görülən işlərə və 2021-ci ilin sosial hədəflərinə dair keçirilən mətbuat konfransında bildirib.
“Bu yeni mühüm proqram şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin evlə təminatında növbəti ciddi irəliləyişə imkan verəcək”, - deyə nazir müavini əlavə edib.
A.Kərimov qeyd edib ki, yaxın həftələr ərzində bu evlərin verilməsi planlaşdırılır.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...