Kiyevin raket düşən yaşayış binasının yerləşdiyi ərazidən FOTOREPORTAJ

Kiyevin raket düşən yaşayış binasının yerləşdiyi ərazidən FOTOREPORTAJ
Foto
Siyasət 275

Kiyevin Solomenskiy rayonunun Lobanovski prospekti, 6a ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasına mərmi düşməsi nəticəsində bir nəfər ağır yaralanıb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, həmin binanın sakinləri sığınacağa yerləşiblər. Amma dağıntılar səbəbindən ərazidə olan bir nəfər yaralanıb.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri paytaxtın Julyan aeroportunun yaxınlığında çoxmərtəbəli yaşayış binasına ağır texnika ilə atəş açıb. Raket binanın 17-18-ci mərtəbələrinə düşüb. Tikili dağıntılara məruz qalıb və yanğın olub.

Fövqəladə Hallar Dövlət Xidmətinin 12 nəfər və 3 texnikasının səyi ilə yanğın söndürülüb.

Son xəbərlər