Kiyevə raket hücumu - Ölənlər və yaralananlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gecə Rusiya Federasiyası Ukraynanın paytaxtına raketlərlə hücum edib.
BAKU.WS UNİAN-a istinadən xəbər verir ki, bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri bildirib.
Onun sözlərinə görə, raketlərin çoxmərtəbəli binaya düşməsi nəticəsində iki nəfər ölüb, 8 nəfər yaralanıb:
"Solomenski rayonunda 24 mərtəbəli binaya raket düşməsinin fəsadları ilə bağlı məlumat dəqiqləşdirilib. Hazırda ölənlərdən ikisinin şəxsiyyəti müəyyən edilib. Xəsarət alanların sayı 8 nəfərdir. Yaralananlardan ikisi xəstəxanaya yerləşdirilib, qalanlarına yerindəcə tibbi yardım göstərilib. Dayanacaqda saxlanılan 40-a yaxın avtomobilə də ziyan dəyib".
Oxşar xəbərlər
Müharibənin 1-ci ili: İşğal olunmuş Ukrayna əraziləri, itirilən Rusiya hərbçiləri... - FOTO
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir. BAKU.WS xəbər verir ki, ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin müraciətində Ukr...