Kiyevdə azərbaycanlılara məxsus restoranlar fəaliyyətlərini dayandıra bilərlər - SƏBƏB + VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, son sutkada Kiyev, Jitomir və Çerniqov vilayətlərində dayanmadan həyəcan siqnalları verilib.
Jurnalist qeyd edib ki, ötən gün Zaporojye və Nikolayev vilayətləri raket və dron hücumlarına məruz qalıb. Ukrayna Ordusu isə Xerson vilayəti istiqamətində bir qədər də irəliləyərək, Xerson şəhərini mühasirəyə almağa cəhd edir.
O da bildirilib ki, Kiyevin bütün ərazilərində elektrik böhranı yaşanır.
“Bəzi kafe və restoranlar artıq fəaliyyətini dayandırmaq istəyir. Bunlar arasında azərbaycanlılara məxsus ictimai iaşə obyektləri də var. Buna səbəb gün ərzində 4-5 saatlıq elektrik kəsintisinin olması və nəticədə işin dayanmasıdır” - deyə əlavə edilib.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...