KİV: Taliban Pakistandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
Yeniliklərdən dərhal xəbərdar olun
Taliban hərəkatı Pakistanın paytaxtı İslamabad şəhərindəki məhkəmə binasının qarşısında törədilən və ən azı 12 nəfərin ölümünə səbəb olan terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə AFP yazıb.
Hərəkatın nümayəndələri bildiriblər ki, onların hədəfləri "qeyri-İslam qanunlarına" uyğun qərarlar qəbul edən hakimlər, vəkillər və vəzifəli şəxslər olub. Terrorçular, həmçinin Pakistanda İslam qanunları tətbiq olunana qədər hücumlara davam edəcəklərini bildiriblər.
Pakistanın müdafiə naziri Xavaca Asif də öz növbəsində bildirib ki, Kabil bu zorakılıq aktına görə cavab verəcək.
Xatırladaq ki, bu gün günortadan sonra İslamabadda məhkəmə binasının yaxınlığında törədilən terror hücumu nəticəsində ən azı 12 nəfər həlak olub, 27 nəfər yaralanıb.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...