KİV: Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana maye qaz tədarükü gözlənilir
Yaxın vaxtlarda Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana mayeləşdirilmiş təbii qaz (LNG) tədarük ediləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
"Hazırda Ermənistan maye qaz idxalı ilə bağlı problemlə üzləşir, çünki biz onu iki əsas ölkədən idxal edirik: İran və Rusiya. İranda məlum səbəblərdən müəyyən problemlər yaranıb, Rusiya istiqamətindəki problemlər isə Yuxarı Larsla bağlıdır. Problem çox tezliklə həll olunacaq, çünki Ermənistana dəmir yolu ilə maye qaz idxalına başlanılacaq və Rusiya maye qazı çox tezliklə Azərbaycan ərazisi ilə Ermənistana çatdırılacaq", - Ermənistan İqtisadiyyat Nazirliyinin mətbuat katibi Lilit Şaboyan "NEWS.am"a bildirib.
Azərbaycan ərazisi ilə tədarükün nə vaxt başlayacağı sualına o, konkret tarix göstərmədən "Tezliklə" deyə cavab verib.
KİV-lər xəbər verir ki, son günlərdə Ermənistanda maye qaz bahalaşıb və bazarda qaz çatışmazlığı müşahidə olunur.
Oxşar xəbərlər
Şimali Kipr Türk Respublikasının baş naziri TDT-nin Bakıda keçiriləcək toplantısına dəvət edilib
Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) hökumət başçıları və vitse-prezidentlərinin...