Türkiyədə kirayənişin ev sahibinin mənzilini partlatdı - FOTO
Türkiyənin Bursa şəhərində ev sahibi ilə kirayənişin arasındakı mübahisə partlayışa səbəb olub.
BAKU.WS xəbər verir ki, ötən gün saat 16.30-da Nilüfer adlı ərazinin Kayapa məhəlləsində bədbəxt hadisə yaşanıb.
İddiaya görə, Hüseyin B. adlı ev sahibi bilinməyən səbəbdən mənzilində kiarəyə yaşayan Atakan Aksu ilə dava edib.
Bundan sonra Atakan Aksu evin qaz balonunu açıq buraxıb. Bu da evdə partlayışa səbəb olub.
Hadisə yerinə polis, təcili yardım və yanğınsöndürənlər cəlb edilib. Yaralanan kirayənişin təcili olaraq şəhər xəstəxanasına yerləşdirilib.
Onun həyati təhlükəsinin olmadığı bildirilir.
Hadisə ilə bağlı cinayət işi açılıb. İstintaq aparılır.
Oxşar xəbərlər
O indi 15 yaşlı böyük oğlandır - "Filosof Atakan"ın son halı - FOTO
Türkiyədə 10 yaşı olarkən “Filosof Atakan” adı ilə tanınan Atakan Kayalar illər sonra yenidən gündəmə gəlib. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, 1...