Kimya bölmələri ilə taktiki-xüsusi təlim keçirilib - VİDEO

14
iyn
2019
18:56
Kimya Qoşunlarının hərbi hissəsində hücum əməliyyatında taborun fəaliyyəti mövzusunda taktiki-xüsusi təlim keçirilib.Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, təlimin əsas məqsədi kimya təminatı bölmələrinin uzlaşmış fəaliyyətini, eləcə də tapşırıqların icrası zamanı şəxsi heyətin praktiki vərdiş və bacarıqlarını, həmçinin mənəvi-psixoloji dözümlüyünü artırmaqdan ibarət olub.Təlim zamanı bölmələr kimyəvi kəşfiyyatı yerinə yetirməklə zəhərləyici maddələrin növünü, zəhərli ərazinin sərhədlərini təyin edib və digər tapşırıqları icra ediblər.Keçirilən taktiki-xüsusi təlim zamanı şəxsi heyət yüksək döyüş qabiliyyəti nümayiş etdirib.
Qalereya
Oxşar xəbərlər
Naxçıvanda həyəcan siqnalı - Türk və Azərbaycan əsgərləri ayağa qaldırıldı - VİDEO/FOTO
Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi başlayıb.BAKU.WS xəbər verir ki, təlimin ssenarisinə əsasən Əlahiddə...