"Kim milyonçu olmaq istəyir?"də Qarabağla bağlı sual - VİDEO

Kim milyonçu olmaq istəyir?də Qarabağla bağlı sual - VİDEO
Video
Siyasət 3721

Türkiyənin məşhur aktyoru Kənan İmirzalıoğlunun aparıcılıq etdiyi "Kim milyonçu olmaq istəyir?" proqramında Qarabağla bağlı sual ünvanlanıb.

BAKU.WS xəbər verir ki, proqramda iştirakçılardan birinə "Hazırda bir bölümü Ermənistan işğalı altında olan, Azərbaycan Cümhuriyyətinə aid tarixi və coğrafı bölgənin adı nədir?" sualı verilib.

Sözügedən suala cavab oyunçuya 5 min lirə (təqribən 1077 manat) qazandırıb.

Qeyd edək ki, bununla yanaşı İmirzalıoğlu rəsmi tvitter hesabında Azərbaycanla bağlı çox sayda paylaşımlar edib. O, Gəncədə baş verən erməni terrorunu pisləyib və oradan fotolar yayımlayıb.

Son xəbərlər