Türkiyənin iki vilayətdə əməliyyat: Mütəşəkkil cinayətkar qrup məhv edildi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Mərkəzi Adanada olan 2 vilayətdə təşkil edilən "Kuyu-1" əməliyyatlarında Mustafa Altınyüzük və Ramazan Altınyüzükün rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qrup məhv edilib.
BAKU.WS-in xəbərinə görə, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.
Adana və Muğlada təhdid, adam öldürməyə cəhd və qeyri-qanuni silah ticarəti ilə məşğul olduğu müəyyən edilən cinayət təşkilatına qarşı əməliyyat keçirilib.
Keçirilən əməliyyatlar zamanı mütəşəkkil cinayətkar dəstənin üzvləri, o cümlədən aralarında qruplaşma rəhbərləri olan 51 şübhəli yaxalanıb.
Əməliyyatlar nəticəsində çoxlu sayda sənədsiz tapança və ov tüfəngi götürülüb.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...