İki həftə əvvəl LÜKS AVTOMOBİLLƏRİNİ SATIŞA ÇIXARIBLAR - FOTO

İki həftə əvvəl LÜKS AVTOMOBİLLƏRİNİ SATIŞA ÇIXARIBLAR - FOTO
Foto
Siyasət 0

22 milyon lirəlik mülkü müsadirə edilən sosial media fenomeni Dilan Polat və ərinin iki həftə əvvəl lüks avtomobillərini satışa çıxardıqları məlum olub.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, "E-ticarət" platformasındakı avtomobil elanlarından biri alıcıların diqqətini çəkib. Belə ki, lüks maşının dövlət qediyyat nişanında "EP" Dilanın ərinin adının baş hərfləri qeyd edilib. Daha sonra isə maşının onlara aid olduğu məlum olub.

Cütlük 2020-ci il istehsallı "Range Rover" markalı avtomobili 8 milyon lirəyə (təxminən 482 000 AZN) satışa çıxarıbmış.

Xatırladaq ki, Dilanla Enginin 15 şirkətinə basqın edilib. Onlara aid mobil telefonlara və elektornik avandlıqlara əl qoyulub. Dilan və həyat yoldaşı Enginin çirkli pulların yuyulması və vergidən yayınma iddiaları ilə əmlaklarının müsadirə edilməsinə qərar verilib.

Bundan başqa, onun birinci və ikinci dərəcəli qohumlarının da əmlakı müsadirə edilib. Xaricə çıxışı da qadağan edilən cütlüklə bağlı Maliyyə Cinayətlərini İstintaq Şurasının (MASAK) hesabatı da üzə çıxıb. Hesabatda şirkətlər arasında şübhəli münasibətlərin olduğu və neylon hesab-fakturalar verməklə vergi bazasını azaltmağa çalışdıqları da qeyd olunub.

Son xəbərlər