Türkiyədə qətliam kimi qəza - FOTO
Konyada polis məmuru Yusuf Yılmazın idarə etdiyi avtomobil qarşı zolağa keçərək digər avtomobilə çırpılıb. Dəhşətli qəzada 4 nəfər həyatını itirib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, həyatını itirən 2 cütlükdən geriyə 1 uşaq qalıb. Xəstəxanada yaralanan iki uşağın müalicəsi davam edir.
Məlumata görə, hadisə bu gün Konyanın Karapınar rayonunda qeydə alınıb. Sürücünün sükanı itirməsi nəticəsində 30 yaşlı polis əməkdaşı Yusuf Yılmazın idarə etdiyi avtomobil qarşı zolağa çıxıb və Hüseyn Kartın idarə etdiyi avtomobillə toqquşub.
Nəticədə hər iki avtomobili idarə edən sürücülər və həyat yoldaşları vəfat edib. Hər iki cütlükdən geriyə isə 6 aylı və 2 yaşlı uşaqlar qalıb.
Qalereya
Oxşar xəbərlər
Cem Yılmazın pərəstişkarının sualına maraqlı cavab - FOTO/VİDEO
Şəxsi həyatı, paylaşımları və maşınlara olan həvəsi ilə tanınan məşhur komediya ustası Cem Yılmazın sükan arxasında rastlaşdığı pərəstişkarı ilə dialoqu diqqət...