Keysuke Honda və Canni De Byazi Ağdamda olublar - FOTO/VİDEO

Keysuke Honda və Canni De Byazi Ağdamda olublar - FOTO/VİDEO
Video
Siyasət 169

Azərbaycan millisinin italiyalı baş məşqçisi Covanni de Byazi başda olmaqla məşqçilər korpusu, o cümlədən "Neftçi"nin futbolçusu Keysuke Honda Ağdam şəhərində olublar.

BAKU.WS xəbər verir ki, səfərdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov da iştirak edib.

Baş məşqçi Canni De Byazi səfərlə bağlı "Instagram" hesabında fikirlərini yazıb: "Qarabağ"ın Ağdamdakı stadionunu ziyarət etdim. Mən hazırda "İmarət" stadionundayam. Ümid edirəm ki, "Qarabağ" burada yenidən qurulan və yenilənmiş stadionda oynaya biləcək".

Посмотреть эту публикацию в Instagram

Публикация от Gianni De Biasi (@mrgiannidebiasi)

İtaliyalı baş məşqçi Azərbaycanın Milli Qəhrəmanı, "Qarabağ" klubunun sabiq baş məşqçisi və futbolçusu Allahverdi Bağırovun da məzarını ziyarət edib.

Qeyd edək ki, yaponiyalı yarımmüdafiəçi də sosial şəbəkə hesablarında səfərlə bağlı təəssüratlarını bölüşüb: "Dünən Bakıda “Qarabağ”a qarşı oynadım. Əslində "Qarabağ" klubu ev oyunlarını indiki olduğum yerdə - Ağdamdakı "İmarət" stadionunda keçirməli idi. İnanıram ki, burada futbol yenidən doğulacaq".

Son xəbərlər