Rusiyada iki tramvayın toqquşmasında yaralananların sayı 140-ı ötdü

Rusiyada iki tramvayın toqquşmasında yaralananların sayı 140-ı ötdü
Siyasət 40

Rusiyanın Kemerovo şəhərində iki tramvayın toqquşması nəticəsində xəsarət alanların sayı 140-ı keçib, bir nəfər ölüb.

BAKU.WS xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Son məlumatlara görə, uşaqlar da daxil olmaqla 100-dən çox insan ambulator yardım alır, daha 20-yə yaxın zərərçəkən isə xəstəxanalardadır.

Xatırladaq ki, ötən gün səhər saatlarında Kemerovoda iki tramvay toqquşub. Qəzaya səbəb kimi, qatarlardan birinin əyləcinin sıradan çıxması göstərilib.

Son xəbərlər