Kəmaləddin Heydərov federasiya rəhbərliyindən ayrılır
29
dek
2021
13:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Daha bir idman federasiyasında Hesabat-Seçki Konfransı keçiriləcək.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, sabah Azərbaycan Taekvondo Federasiyasında yeni prezident seçiləcək.
Ənənəvi olaraq tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutacaq.
Qeyd edək ki, Azərbaycan Taekvondo Federasiyasının hazırkı prezidenti fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. O, 1999-cu ildən bu federasiyanın prezidentidir. Nazir həm də Boks Federasiyasının prezidenti olduğundan, o bu vəzifəsini təhvil verəcək.
Oxşar xəbərlər
Milli Məclisin yeni tərkibi - SİYAHI
Konstitusiya Məhkəməsi Plenumu 9 fevralda keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticəsini təsdiqlədikdən sonra VI çağırış Milli Məclisin yeni tərkibi...