Kəmaləddin Heydərov Belarusun memarlıq və tikinti naziri ilə görüşüb

Kəmaləddin Heydərov Belarusun memarlıq və tikinti naziri ilə görüşüb
Siyasət 17

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Belarus Respublikasının memarlıq və tikinti naziri Aleksandr Studnev ilə görüşüb.

Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.

Görüşdə Bakının uğurla ev sahibliyi etdiyi WUF13-ün əhəmiyyətinə toxunulub, bu mötəbər tədbirdə Belarus nümayəndə heyətinin iştirakının ölkələr arasında sıx dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə və təcrübə mübadiləsinin aparılmasına mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.

İki ölkə liderlərinin qarşılıqlı hörmətə və etimada əsaslanan uzaqgörən siyasəti sayəsində Azərbaycan və Belarus arasında münasibətlərin sürətlə inkişaf etdiyi vurğulanıb, bu çərçivədə tikinti və təhlükəsizlik sahəsində ölkələrimizin uyğun qurumları arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu qeyd edilib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər