Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - YENİ TƏYİNAT
Fövqəladə Hallar Nazirliyində (FHN) növbəti kadr dəyişikliyi edilib.
BAKU.WS "Qaynarinfo"ya istinadla xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə "N" saylı hərbi hissəsinin alay komandiri, polkovnik Şəmsəddin Nurəddin oğlu Əmrahov vəzifəsindən azad edilib.
Onun yerinə polkovnik Kənan Şahlar oğlu Vəliyev təyin olunub.
Qeyd edək ki, polkovnik Şəmsəddin Əmrahov Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə FHN tərəfindən aparılan humanitar yardıma nəzarət edən səlahiyyətli şəxslərdən biri olub.
Oxşar xəbərlər
Cevdet Yılmaz: Hər zaman Azərbaycanın yanındayıq, bu Şuşa Bəyannaməsinin əsas prinsiplərindəndir
Türkiyə hər zaman Azərbaycanın yanındadır, məhz bu, Şuşa Bəyannaməsinin əsas prinsiplərindən biridir. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Türkiyənin...